BİZNES

29 Sentyabr

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində gözlənilmədən 607 min barel azalıb.

Finss.az xəbər verir ki, Energetika Nazirliyinin həftəlik hesabatına görə, ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 607 min barrel azalaraq 414,8 milyona düşüb.

"Trading Economics"in məlumatına görə, ekspertlər orta hesabla təxminən 800 min barel artım gözləyirdilər.

Sentyabrın 19-da bitən həftədə benzin ehtiyatları 1,08 milyon barel, distillat ehtiyatları isə 1,685 milyon barel azalıb.

Nyu-York əmtəə birjasında (NYMEX) ticarət edilən xam neftin saxlanıldığı Cushing terminalında ehtiyatlar 177 min barel artıb.